5 Dekabr 2019 13:50
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratların mənə qarşı əsas arqumenti olan Ukrayna dövlət başçısı Vladimir Zelenski ilə telefon danışığımda “bizə bir yaxşılıq etmənizi istəyirəm” ifadəsi işlətdiyim iddiası doğru deyil.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp demokratların ona qarşı başlatdığı impicment haqqında rəqiblərinin əsas arqumentini şərh edərkən deyib.

Tramp əlavə edib ki, Zelenski ilə telefon danışığı zamanı “ABŞ-a bir yaxşılıq etmənizi istəyirəm. Çünki ölkəmiz bir çox şeylər yaşadı və Ukraynada bunun haqqında yaxşı bilirlər” ifadəsini işlədib: “Mənim işlətdiyim Birləşmiş Ştatlar ifadəsidir, yəni ölkəmizi nəzərdə tutmuşam”.

Tramp ədliyyə nazirinin də eyni mövqedən Zelenski ilə əlaqə qurmasını istəyib: “Düşündüyüm qədər bu ifadə demokratların çox önəmli arqumentidir. Demokratlar Amerika xalqından üzr istəməlidir”.


Müəllif: Cavad