19 Sentyabr 2014 22:02
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada “Sülh marşı”nın ləğv edildiyi barədə informasiya həqiqətə uyğun deyil.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bui barədə “Sülh marşı”nın təşkilatçıları bildirib.

Tədbirin təşkilatçılarından olan Sergey Davidisa “Sülh marşı”nın keçiriləcəyini deyib. Onun sözlərinə görə, hakimiyyət tədbirə daha az adamın gəlməsi üçün onun ləğvi barədə informasiyalar yayır.

Xatırladaq ki, bu gün Rusiya mətbuatı antirus şüarlarının səslənəcəyi halda “Sülh marşı”nın ləğv ediləcəyi barədə xəbərlər verib. Amma Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov “facebook” səhifəsində Ukraynada hərbi əməliyyatına qarşı çıxış edənlərin “Sülh marşı”nın keçiriləcəyini yazıb.

“Ukraynanın şərqində qardaş qətlinə laqeyd baxmaq mümkün deyil. Buna son qoymaq lazımdır. Müharibəni dayandırmaq lazımdır”, - Nemtsov qeyd edib.

Qeyd edək ki, “Sülh marşı”nın sabah keçirilməsi planlaşdırılıb. Ukraynada hərbi əməliyyatına qarşı çıxış edənlərin “Sülh marşı” sonuncu dəfə mart ayında keçirilib.


Müəllif:

Oxşar xəbərlər