5 Dekabr 2019 15:06
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin sosial şəbəkə fenomeni DJ Kərimcan Durmaza həbs cəzası verilib.

Teleqraf.com xəbər verir ki, Kərimcan Durmaz İnstaqram səhifəsində paylaşdığı təyyarədəki qeyr-etik videosuna görə 10 ay həbs və 5 min TL təzminat cəzasına təhkim edilib.

Kərimcan Durmaz məhkəmədə yayılan görüntülərin ona aid olduğunu və İnstaqram səhifəsinə səhvən düşdüyünü etiraf edib:

"Hamburqdan gələrkən təyyarədə çəkdiyim fotonu iki yaxın dostumun olduğu qrupa göndərəcəkdim. Amma hava limanında eniş zamanı telefonun siqnal alması nəticəsində paylaşımım səhvən qrupa deyil, İnstaqramda hekayə bölümündə paylaşılıb. Bunu isə dostlarımım mənə zəng etməsi nəticəsində öyrəndim”.

Qeyd edək ki, Kərimcan Durmazın İnstaqramda 3 milyon izləyicisi var.


Müəllif: Rəqsanə Həsənova