5 Dekabr 2019 16:15
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da nəşr olunan “Bloomberq” qəzeti Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğluna “2019-cu ilin ən nüfuzlu 50 şəxsi” arasında yer verib.

Teleqraf.com xəbər verir ki, İmamoğlu Türkiyədən siyahıya əlavə olunan yeganə şəxsdir.

Siyahıda İmamoğlu ilə yanaşı, Yeni Zelandiya Baş naziri Jasinda Ardern, iqlim aktivisti Qreta Tünberq və məşhur müğənni Rihannanın da adları var.

Məqalədə Əkrəm İmamoğlunun qısa zamanda Türkiyənin ən nüfuzlu siyasətçilərindən birinə və Türkiyə prezidentinin rəqibinə çevrildiyi vurğulanıb: “İmamoğlu belə davam etsə, 2023-cü ildə keçirilən prezident seçkisində Ərdoğanın ən ciddi rəqibi ola bilər”.

Məqalədə vaxtilə bələdiyyə sədri postunun Ərdoğan üçün də bir sıçrama taxtası rolu oyunu oynadığı qeyd edilib.

Əlavə edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 1990-cı illərdə İstanbul şəhərinin bələdiyyə sədri olub.


Müəllif: Mənsur Rəğbətoğlu