5 Dekabr 2019 17:00
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur sənətçisi Mahsun Kırmızıgülün rejissorluğu ilə çəkilən “Mucize 2: Aşk” filminin qala gecəsi baş tutub.

Teleqraf.com xəbər verir ki, gecədə Mahsun Kırmızıgül filmin beş yaşlı fiziki qüsurlu Durunun həyat hekayəsindən bəhs etdiyini deyib: “Sevgili Duru, əgər sən olmasaydın belə bir film ərsəyə gəlməyəcəkdi. Bu ssenarini sənin üçün yazdım”.

Filmin təqdimatına İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu da gəlib. O, çıxışında deyib: “Mahsun bəyi təbrik edirəm. Onun bu günə qədər çəkdiyi bütün filmləri izləmişəm. Onun torpaqlarımızı, xalqımızı hiss etdirən ruhu var. Filmdə peşəkar aktyorlarla Anadoluda yaşanan hadisəni təqdim edir. Bundan çox təsirləndim. Ağlayacağımı bilmirəm, amma dərs çıxaracağımız qətidir. Bu baxımdan çox dəyərlidir”.

Qeyd edək ki, qalada Cem Yılmaz, Demet Akbağ, Yılmaz Erdoğan, Cem Yılmaz, Oktay Kaynarca, Haluk Levent, Ahmet Kural, Kubat, Burak Kut, Murat Cemcir, Murat Han, Polat Yağcı, Semiramis Pekkan, Seray Sever, İrem Derici və bir çox məşhurlar iştirak ediblər.


Müəllif: Rəqsanə Həsənova