5 Dekabr 2019 20:38
797

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “Wall Street” qəzetinin Yaxın Şərqə 14 min hərbi qüvvənin göndəriləcəyi ilə bağlı yaydığı məlumata reaksiya verib.

Teleqraf.com xəbər verir ki, Pentaqonun mətbuat katibi Alisa Farah bu məlumatı təkzib edib.

O, bu xəbərin yanlış olduğunu qeyd edərək bildirib:

“Məlumat həqiqəti əks etdirmir, ABŞ Yaxın Şərqə İrana qarşı 14 min hərbi qüvvə göndərmir”.

“Wall Street” bundan əvvəl Donald Tramp hökumətinin bölgəyə İrana qarşı 14 min hərbçi, 10-dan çox döyüş gəmisi və digər texnikalar göndərməyə hazırlaşdığını yazmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu