İranın qərbindəki Kürdüstan əyalətdə toy mərasimi zamanı qaz partlayışı nəticəsində 5-i uşaq olmaqla, azı 11 nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, qaz balonunun partlaması zamanı həmçinin 34 nəfər xəsarət alıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onların səhhəti haqqında məlumat verilmir.