6 Dekabr 2019 11:44
291

NATO-nun London sammitindən sonra Avropa Şurasının keçmiş prezidenti Donald Tuskun sosial şəbəkədəki paylaşımı müzakirə mövzusu olub.

Teleqraf.com xəbər verir ki, fotoda Tusk əlini silah kimi tutaraq ABŞ Prezidenti Donald Trampın kürəyinə tuşladığı yerdə əks olunub.

Polşalı siyasətçinin bununla Amerika prezidentini kürəyindən qabağa itələdiyi ehtimal olunur.

Tusk fotonun üzərində “Eniş-yoxuşlara baxmayaraq, Trans-Atlantik dostluq mütləq davam etməlidir” qeydini yazıb. Siyasətçinin paylaşımı sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

Bəzi amerikalı sosial şəbəkə istifadəçiləri Tuskun paylaşımına “Bu nə qədər iyrənc bir əl hərəkətidir?”, “Ədəbsiz”, “Bu nədir? Bir təhdiddir?” kimi rəylər yazıb.

Polşalı istifadəçilər də Tuskun bu davranışına etinasız qalmayıb. Ona “Bir polşalı olaraq, bu adama görə utanıram” kimi mesajlar ünvanlayıblar.

Vəzifəsindən keçən günlərdə gedən Donald Tusk BMT Baş Assambleyasının sentyabrda Nyu-Yorkda baş tutan sammitində ABŞ prezidentini sərt şəkildə tənqid etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu