6 Dekabr 2019 13:00
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı pranker (yumor ustası) Aleksey Stolyarov (Leksus) Ukrayna Prezidenti Vladimir Zelenskiyə telefonla zəng etdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, özünün “Feysbuk” səhifəsində bildirib.

A.Stolyarov deyib ki, V.Zelenski inauqurasiyadan bəri prankerin zəngini gözlədiyini bildirib. Pranker telefon danışığının audio yazısını da yayımlayıb.

“Yaxşı, nəhayət, əzizim, Rusiya nömrəsindən zəng etdin! Belə... Nə istəyirsiniz?”, – deyə səsi Zelenskinin səsinə bənzəyən adam deyir.

Pranker cavab olaraq V.Zelenskidən Kiyevdə buraxılmasını və Ukrayna Təhlükəsizlik Xidmətinin sanksiyalarının qaldırılmasını istədiyini söyləyib.

“Yaxşı, axşam mən bu barədə maraqlanacağam... Ukraynaya eşq olsun! Biz “Ukraynaya eşq olsun!” deyəndə belə cavab vermək lazımdır”,— deyə Ukrayna Prezidenti olduğu güman edilən şəxs bildirib.


Müəllif: Səxavət