6 Dekabr 2019 13:27
1 502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gərgin məqamlarla yadda qalan NATO-nun İngiltərə sammiti ABŞ və Türkiyə prezidentlərinin gözlənilməz görüşü ilə gündəmin əsas mövzusu olub.

Teleqraf.com xəbər verir ki, “Vaşinqtion Post” qəzeti prezidentlər Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında Londonda keçirilən görüşdən yazıb.

“Üsyankar, rahat və qürurlu: Trampın xarici səyahətlərinin bələdçisi” başlıqlı məqalədə görüş haqda bunlara yer verilib:

“NATO liderləri üç saatlıq toplantı üçün Uotforda gəldi, amma Tramp və Ərdoğan bir anda yox oldu. Onlar təkbətək görüşmək üçün aradan çıxmışdılar.

Digər NATO liderləri Trampın Ərdoğanla görüşmək üçün əsas toplantıdan imtina etməsinə təəccüblə qarşıladılar. Əlbəttə, ikisinin bu qədər yaxın olması hər kəsi təəccübləndirir. Onlar fiziki olaraq da yaxındır, hətta Ərdoğan əlini asanlıqla Trampın çiyinlərinə qoya bilir”.


Müəllif: Mənsur Rəğbətoğlu