6 Dekabr 2019 14:17
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2015-ci ildə İran və “altılıq” ölkələri arasında imzalanmış nüvə müqaviləsi ləğv edilə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər nazirinin köməkçisi Sergey Ryabkov deyib.

Rus diplomat sözügedən müqavilə ətrafında dağıdıcı prosesin getdiyini bildirib:

“İranla imzalanmış nüvə müqaviləsi ətrafında dağıdıcı prosesin qarşısını almaq mümkün olmaya bilər. Problemlər həll edilmir, üst-üstə yığılıb qalır. İranın üzərinə götürdüyü öhdəlikləri azaltması yox, bu sazişə imza atan dövlətlərin həllə səy göstərməməsi prosesi çıxılmaz dalana sürüyə bilər.

“Qatarı əldə buraxma” riski getdikcə yüksəlir, məsələni şişirmirəm, baş verənlər narahatlıq yaradır”.


Müəllif: Mənsur Rəğbətoğlu