6 Dekabr 2019 14:48
3 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə parlamentinin erməni əsilli deputatı Karo Paylyan Müdafiə naziri Hulusi Akara məktub göndərərək, İsveç mediasında Ermənistana qarşı hərbi əməliyyat planı ilə bağlı yayılmış məlumatla bağlı bir sıra suallarını cavablandırmasını istəyib.

Teleqraf.com xəbər verir ki, İsveçdə fəaliyyət göstərən “Nordic Monitor” saytında Türkiyənin Ermənistanda “Altay” adlı hərbi əməliyyat planı hazırladığı iddia olunub.

Öz müraciətində Paylyan Türkiyənin müdafiə nazirindən bu suallara cavab verməsini xahiş edir:

“Türkiyə Silahlı Qüvvələrinin oxşar planı varmı? Hansı əsasda və hansı məqsədlə hazırlanıb? Türkiyə Müdafiə Nazirliyi erməniləri narahat edən bu məsələyə aydınlıq gətirəcəkmi?”.

Qeyd edək ki, Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan bundan əvvəl rəsmi Ankaradan bu məsələyə reaksiya verməsini istəmişdi.

Ankara İrəvanın müraciətinə cavab verməsə də, sözügedən İsveç nəşrinin Fəthullahçı Terror Təşkilatına (FETÖ) bağlılığı üzə çıxıb. Saytın FETÖ üzvü olan türkiyəli jurnalistlər tərəfindən qurulduğu və fəaliyyət göstərdiyi bəlli olub.


Müəllif: Mənsur Rəğbətoğlu