6 Dekabr 2019 15:45
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya starteji silahların azaldılmaslna dair “STAR-3” müqaviləsinin müddətini uzatmaq üçün şərtsiz müzakirələrə hazırdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Soçidə yüksək çinli hərbçilərlə keçirdiyi görüş zamanı deyib.

Bu ilin ortalarında Rusiya və ABŞ-ın qarşılıqlı olaraq imtina etdiyi Orta Mənzilli Nüvə Qüvvələri Anlaşması (İNF) haqda danışan Putin xatırladıb ki, əslində Rusiya müaqvilədən çıxmaq niyyətində olmayıb: “Bu toplantıda İNF müqaviləsinin sona çatmasından sonra ABŞ-ın təhdidlərini müzakirə edəcəyik. Rusiya indi silah yarışı və ya sadəcə raket atmaqla maraqlanmır.

Rusiya olaraq bu raketlərin yerləşdirilməsi ilə bağlı maratoriumu açıqladıq. Qarşı tərəflərdən bununla bağlı səs çıxmadı. Sadəcə Fransa Prezidenti Makrondan cavab aldıq. Bu bizi silahlanmaya məcbur edir”.

Putin eyni zamanda ABŞ-ın birtərəfli şəkildə müqavilədən çəkildiyini, fəqət yenə də Rusiyanı ittiham etdiyini xatırladıb.

Prezident əlavə edib ki, İNF müqaviləsinin başa çatmasından sonra ortada sadəcə STAR-3 müqaviləsi qalır və bu müvilənin müddəti də 2021-ci ilin fevralında başa çatacaq: “Razılaşmanın uzadılması üçün şərtlərimiz ortadadır. Amma bu günə qədər qarşı tərəfdən bir reaksiya almadıq. Bu məsələdə Rusiyanın mövqeyini təkrar yeniləmək istəyirəm.

Rusiya yeni ildən sonra hər hansı bir ön şərt irəli sürmədən STAR-3 anlaşmasıı uzatmağa hazırdır. Beləcə bu mövzuda bizim fərqli bir şərhimiz olamayacaq”.


Müəllif: Cavad