6 Dekabr 2019 16:22
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkədə hakimiyyət dəyişikliyindən sonra görünməmiş miqdarda silah əldə etmişik”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O, ötən ilin may ayından bəri Ermənistanın hərbi büdcəsinin artmasına da diqqət çəkib:

“Hərbi büdcə artıb, bu, təxminən 28% -dir. 2018-ci ilin may ayından bəri Ermənistan görünməmiş miqdarda silah-sursat əldə edib”.

Paşinyan Ermənistan hökumətinin Azərbaycanla aradakı güc balansını bərpa etmək niyyətində olduğunu söyləyib:

“Ermənistan hökuməti bölgədəki güc balansını bərpa etmək üçün bu siyasəti davam etdirmək niyyətindədir”.

Erməni KİV isə Azərbaycanın hərbi büdcəsi ilə müqayisədə Ermənistanın bir neçə dəfə geridə olduğu, aradan yaranmış fərqləri bağlamaq üçünsə hökumətin maddi vəsaitinin olmadığına diqqət çəkib.

Erməni mediası Paşinyanı sual qarşısında qoyub: “Azərbaycanla güc balansının bərpa olunmasından danışırsınız, bəs bunun üçün pulu haradan tapacaqsınız? Fərqi bağlamaq üçün gərək neft milyarderi Azərbaycan innən belə bir neçə il silah almasın”.


Müəllif: Mənsur Rəğbətoğlu