6 Dekabr 2019 17:15
1 081

NATO Türkiyənin Rusiya istehsalı olan S-400 zenit-raket kompleksləri satın alması ilə əlaqədar həll yolu axtarır. S-400-lərlə ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemilərinin necə birləşdiriləcəyi istiqamətində müzakirələr aparılır.

Teleqraf.com xəbər verir ki, bu fikirləri NATO Baş katibi Yens Stoltenberq deyib.

“Alyans hazırda iki hava hücumundan müdafiə sistemilərinin birləşdirilməsi üçün yollar axtarışındadır. Rusiyanın zenit raket sistemləri texniki baxımdan birlikdə işləyə bilmədiyi üçün NATO-nun ümumi hava müdafiə sisteminə birləşdirilməyəcək”, - deyə baş katib qeyd edib.

Xatırladaq ki, oktyabrın sonunda Türkiyə F-16 qırıcılarından istifadə edərək S-400 radarlarını sınaqdan keçirib.


Müəllif: Nərgiz