6 Dekabr 2019 18:00
285

510 min fransız Makron hökumətinin pensiya islahatlarına etiraz məqsədilə küçələrə çıxıb.

Teleqraf.com xəbər verir ki, etiraz aksiyaları paytaxt Paris olmaqla ölkənin müxtəlif şəhərlərində keçirilib.

Aksiyaya görə yüzlərlə təyyarə uçuşu təxirə salınıb, metro və qatarların fəaliyyətinə ara verilib, orta məktəblərin çoxu açılmayıb.

Parisdə aksiyalara 250 min insan qatılıb. Polis aksiyaya gözyaşardıcı qazla müdaxilə edib, ı 60-dan çox şəxs saxlanılıb.

Sarı jiletlilərin də dəstək verdiyi aksiya bazar gününə qədər davam edəcək.


Müəllif: Cavad