6 Dekabr 2019 18:30
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naməlum şəxslər Suriyanın Deyr əz-Zor əyalətinin şimal-şərqindəki Əl-Ömər neft yatağı yaxınlığında ABŞ Silahlı Qüvvələrinin bazasına hücum edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın “SANA” dövlət xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, hücum hərbçilərin və digər avadanlıqların dolu olduğu yük maşınlarından ibarət karvan bazaya çatanda baş verib.

ABŞ hərbçilərinin hücum edənlərə artilleriya atəşi ilə cavab verdiyi bildirilir.

Noyabr ayında Pentaqon təxminən 500 ABŞ əsgərinin Suriyanın şərqində döyüş hazırlığı vəziyyətində olduğunu açıqlamışdı.

Bir gün əvvəl isə İraqdakı ABŞ hərbi bazasına hücum edilmişdi.


Müəllif: Səxavət