6 Dekabr 2019 21:23
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda müxalifət daha da mütəşəkkilləşib, müxalifətin vacib bir siyasi hədəfi var və buna çata biləcək”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti George Marqvelaşvili deyib.

“Mən müxalifətin nə qədər mütəşəkkil olduğunu, müxalif spektrimizin necə inkişaf etdiyini, müəyyən bir məqsədə - ədalətli seçkilərə nail olmaq üçün necə mütəşəkkil işləyə biləcəyini görürəm”, - Marqvelaşvili bildirib.

O, qeyd edib ki, müxalifətin əsas siyasi hədəf ətrafında birləşməsi onun məqsədinə çatmasına imkan verəcək:
“Müxalifət bacarıqlıdır və çox ciddi işləyir, hakimiyyətdə olanlar qarşılaşdıqları çətinlikləri qiymətləndirəcək. Yalanlarla yaşaya bilməyəcəyik, yeganə çıxış yolu müxalifətin seçki tələblərinin yerinə yetrilməsidir”.


Müəllif: Mənsur Rəğbətoğlu