7 Dekabr 2019 09:38
2 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistanın Axal vilayətinin Göytəpə bölgəsində pomidor istilikxanasının açılışına prezidentin oğlu, vilayət hakimi (rəhbəri) Sərdar Berdiməhəmmədov da qatılıb.

Teleqraf.com xəbər verir ki, mərasimdə yerli sakinlər, ictimaiyyət nümayəndələri və vilayətin digər rəhbər şəxsləri iştirak edib.

30 hektarlıq istilikxananın 10 hektarına artıq pomidor əkilib. İl ərzində 2800-3000 ton yüksək keyfiyyətli tomat istehsal edib həm daxili bazara çıxarmaq, həm də ixrac etmək nəzərdə tutulur.

İstilikxana Hollandiya, İspaniya, Danimarka və Türkiyədən gətirilmiş avadanlıqla təchiz olunub.


Müəllif: Mahir