7 Dekabr 2019 18:39
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran lideri Əli Xameneyinin 100 mindən çox izləyicisi olan, ərəb dilində fəaliyyət göstərən Feysbuk səhifəsi bloklanıb.

Teleqraf.com xəbər verir ki, Feysbuk rəhbərliyi bir müddət əvvəl də səhifəni qaydaları pozmaq ittihamı ilə bağlamışdı.

İnstaqram aprel ayında ABŞ hökumətinin İran İnqilab Keşikçiləri Qvardiyasını (SEPAH) terror təşkilatı kimi tanımasından sonra baş qərargah rəisi Məhəmməd Bağıri, SEPAH-ın keçmiş komandanı Məhəmməd Əli Cəfəri, Silahlı Qüvvələri idarə rəisi Musa Kamali və digər yüksək rütbəli şəxslərin səhifələrini bloklayıb.

Bundan başqa, İnstaqram SEPAH-a bağlı Qüds Briqadalarının komandanı Qasım Süleymaninin səhifəsini də bloklayıb.


Müəllif: Mənsur Rəğbətoğlu