7 Dekabr 2019 17:39
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəməşq həbsxanasında saxlanılan dörd rus uşağı təyyarə ilə Moskvaya aparılıb.

Teleqraf.com xəbər verir ki, bunu öz “Feysbuk” səhifəsində Rusiya Prezidentinin uşaqların hüquqları üzrə səlahiyyətli nümayəndəsi Anna Kuznetsova bildirib.

O qeyd edib ki, uşaqlar tezliklə Volqoqrad və Dağıstanda yaşayan ailələrinə çatdırılacaqlar: “Bu gün uzun illərdir üzünü görmədiyi iki qız və iki oğlan Dəməşq həbsxanasından analarının yanına qayıdır. Təyyarə artıq gəldi, hər şey qaydasındadır”.

Məlumata görə, böyük oğlanın 11, qalan uşaqların 10, 9 və 5 yaşı var.

Noyabrın 18-də valideynləri İŞİD-ə qoşulan 32 rus uşağı İraqdan Rusiyaya gətirilib.


Müəllif: Səxavət