7 Dekabr 2019 15:41
1 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda noyabrın ortalarından benzinin bahalaşmasına etiraz olaraq başlayan nümayişlərdə 1000-dən çox insanın ölümünə səbəb olduğu təsdiqlənə bilər.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib.

Amerikalı diplomat iddia edir ki, etirazların başlandığı ilk anlarda İran rejimi yüzdən çox insanın ölümünə səbəb olub.

O, ölənlərin arasında bir neçə uşağın olduğunu istisna etməyib və qeyd edib ki, Tehran interneti blokladığı üçün dəqiq məlumat əldə etmək çətinləşib.

Huk minlərlə insanın yaralandığını, 7000 nəfərin həbs edildiyini də söyləyib.

Noyabrın 15-də İranın yüzdən çox şəhərində benzinin bahalaşmasına etiraz olaraq kütləvi nümaişlər başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu