7 Dekabr 2019 23:03
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Liberal Demokratik Partiyasının sədri (RLDP) Vladimir Jirinovski Twitter-də “Ariel” və “Persil” yuyucu tozları, həmçinin “Lindt” şokoladının istehsalçılarını ikili standartlarla istehsal olunduğunu bəyan etmiş Federal Antiinhisar Xidmətinin (FAX) açıqlamasını şərh edib.

Teleqraf.com xəbər verir ki, siyasətçinin sözlərinə görə, mövcud vəziyyət Qərb ölkələrinin ruslara qarşı əsl münasibətini göstərib: "FAX nəhayət ki, keyfiyyətsiz malların Avropadan gəldiyini başa düşüb. Biz qərb ölkələri üçün hər cür tullantı məhsulları istehlak edə bilən ikinci dərəcəli insanlarıq. 30 gün ərzində ya mallarını Avropadakı kimi eyni tərkibdə istehsal etməlidirlər, ya da rusların yanılmamasına imkan verməyən uyğun işarələrlə qablaşdırma yapışdırmalıdırlar".

Jirnovski hesab edir ki, keyfiyyətsiz məhsulların ölkəyə gətirilməsini dayandırmaq lazımdır: "Onlar bizimlə ticarət əlaqələri qurmaq istəyirlər , qoy keyfiyyətli mal idxal etsinlər. İstəməsələr, özümüz idarə edərik".

Bundan əvvəl FAX Rusiyada satılan məhsulların keyfiyyətinin xaricdəkindən fərqli olması səbəbi ilə istehsalçılara xəbərdarlıq edib.


Müəllif: Aysel Azad