7 Dekabr 2019 21:28
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın keçmiş baş naziri Sapar İsakov məhkəmənin qərarı ilə 15 il həbs cəzasına məhkum edilib.

Teleqraf.com xəbər verir ki, keçmiş baş nazir barəsində irəli sürülmüş ittiham üzrə cinayətdə təqsirli bilinib və bütün dövlət mükafatlarından məhrum olunub.

İsakovun vəkilləri jurnalistlərə məhkəmə qərarını qanunsuz hesab etdiklərini və ona qarşı qaldırılan cinayət işinin uydurma olduğunu bildirib.

Sapar İsakov Qırğızıstan hökumətinə 2017-ci ilin avqustundan dekabrına qədər rəhbərlik edib. Milli Məclisin qərarı ilə istefaya göndərilib və “keçmiş baş nazir” statusundan məhrum olunub.

O, baş nazir olduğu dönəmlərdə Çin şirkəti TBEA-nın Bişkekdə reallaşdırdığı layihəyə ortaq olmaqda və korrupsiyaya yol verməkdə ittiham edilir. Sözügedən layihənin dəyəri 386 milyon dollar olub.


Müəllif: Mənsur Rəğbətoğlu