7 Dekabr 2019 19:39
1 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın 44-cü prezidenti Barak Obama və ailəsi 11.75 milyon dollara yeni ev satın alıb.

Teleqraf.com xəbər verir ki, Obama ailəsi Massaçusets ştatında yerləşən evi keçən il kirayələdikdən sonra satın almağa qərar verdiyi açıqlanıb.

29.3 hektar ərazidə yerləşən evin 7 yataq otağı, 8 hamamı və çoxlu sayda buxarısı var. 2001-ci ildə inşa olunan ev Edqartovn gölü ətrafında yerləşir və okean mənzərəsinə açılır.

Evin keçmiş sahibi “Boston Seltik” basketbol klubunun sahibi Vik Qrusbekdir. Obamanın ofisi məsələ ilə əlaqədar açıqlama verməyib.

Obama ailəsinin Çikaqo və Vaşinqtonda da evləri var.


Müəllif: Mənsur Rəğbətoğlu