7 Dekabr 2019 19:08
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən ay Rusiya hava hücumundan müdafiə sistemləri Liviyanın Trablus bölgəsində ABŞ ordusunun Pilotsuz Uçan Aparatını (PUA) vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığının (AFRICOM) rəisi general Stefan Tovnsend məlumat verib.

General iddia edir ki, rus hərbçiləri PUA-nı vuranda bunun ABŞ ordusuna məxsus olduğunu bilməyib:

“Amma indi kimə aid olduqlarını bilirlər və PUA-nın qalıqlarını geri vermək istəmirlər. Harada olduğunu bilmədiklərini deyirlər”.

AFRICOM-un sözçüsü Kristofer Karns PUA-nın noyabrın 21-də yoxa çıxdığını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu