7 Dekabr 2019 23:55
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada yeni il tətili üçün alınan ən bahalı biletin Avstraliyaya səyahət üçün alındığı məlum olub.

Teleqraf.com xəbər verir ki, bir gediş-gəliş biletinin qiyməti 355 min rubl (9478 manat) təşkil edib.

Bu məlumat “OneTwoTrip” səyahət planlaşdırma xidməti tərəfindən aparılan bir araşdırmanın nəticəsində açıqlanıb.

Mütəxəssislər yeni il tətili günlərində aviabiletlərin qiymətini təhlil ediblər. Ən bahalı bilet Moskva-Sidney (Avstraliya) reysi üzrə uçuş bileti olub.

İkinci yerdə Moskva-Tenerife (İspaniya) biletidir (310 min rubl). Dubaydan Moskvaya bilet 270 min rubla başa gəlib. Eyni pulla Moskvadan Honkonqa (Çin) uçuş üçün bilet alınıb

İlk ən bahalı beş bilet cədvəlini Los-Ancelesə (ABŞ) satılan bilet tamamlayıb (254 min rubl).

Təhlil üçün Rusiya şəhərlərindən dekabrın 28-dən 31-dək uçuş və yanvarın 4-dən 12-dək geri dönmə tarixi üzrə satılmış biletlərin dəyəri barədə məlumatlardan istifadə edilib.


Müəllif: Səxavət