7 Dekabr 2019 23:35
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivud ulduzları Ancelina Coli və Bred Pittin ilk bioloji qızları Şilonun cinsiyyətini dəyişdirmək üçün hormon müayinəsinə başladığ iddia edilib.

Teleqraf.com xəbər verir ki, kiçik yaşlarından oğlan kimi geyinib saçlarını qısa kəsdirən 13 yaşlı qız özünə “Con” adını verib.

Cinsiyyət dəyişikliyindən sonra onun yenə də Şilo Novell Pitt adından istifadə edəcəyi bildirilib. Coli və Pitt bundan əvvəl verdikləri açıqlamada belə bir qərar verəcəyi halda qızlarına sonuna qədər dəstək olacaqlarını bildiriblər.

Keçmiş cütlük 13 yaşlı qızlarının Şilo yox “Con” adıyla çağırılmasının tərəfdarıdır.

Ancelina Coli qızının bu istəyi haqda müsahibələrindən birində belə demişdi:

“O, kişi kimi geyinməyi xoşlayır, kişi olmaq istəyir, buna görə də saçlarını kəsdirib. Nə mən, nə də Bred onun işinə qarışmır. Şilo aid olduğu yeri özü tapmalıdır”.


Müəllif: Yalçın Uğur