8 Dekabr 2019 00:59
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filippində 21 yaşlı gənc kişi bir qadını öldürdükdən sonra başını kəsərək beynini yeyib.

Teleqraf.com xəbər verir ki, Lyoyd Baqtonq adlı şəxs sosial şəbəkədə tanış olduğu qadının ingilis dilində danışmasından məyus olduğunu bildirib.

Cəsəd qatilin evinin yaxınlığında aşkar edilib. Lakin qadının başı yerində olmayıb.

Hal şahidləri qadını Baqtonqla bir qəbiristanlığın yanında mübahisə edərkən gördüklərini deyir. İddiaya görə, qatil qadını öldürdükdən sonra başını şaqqot adlanan kəskin metal alətlə kəsərək bədənindən ayırıb.

Cinayətə səbəb isə qadının ingilisdilli olmasıdır. Qatil bundan məyus olduğunu deyib və qətli də bu səbəbdən həyata keçirdiyini iddia edib.

O, qadının beynini bişirərək yeyib.


Müəllif: Mənsur Rəğbətoğlu