7 Dekabr 2019 20:11
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp mətbuatda şəxsi mobil telefondan istifadə etməsi barədə yayılan xəbərləri təkzib edib.

Teleqraf.com xəbər verir ki, o, Tvitterdə yazıb:

“Yalançı CNN iddia edir ki, guya mən təhlükəsizlik xidmətinin təkrar xəbərdarlıqlarına baxmayaraq, hələ də şəxsi mobil telefonumu zənglər üçün istifadə edirəm. Bu, tamamilə yalan məlumatdır. İllərdir şəxsi cib telefonum yoxdur, yalnız hökumət telefonlarından istifadə edirəm”.

Daha əvvəl KİV Trampın təhlükəsizlik xidmətlərinin xəbərdarlıqlarına baxmayaraq hələ də fərdi mobil telefondan istifadə etdiyini bildirmişdi.


Müəllif: Səxavət