8 Dekabr 2019 00:27
325

Rusiya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana 2020-ci ilin mayın 9-da Qələbə Günü münasibətilə keçirilən paradda iştirak məqsədilə dəvət göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Ankaradakı səfirliyinin mətbuat attaşesi İrina Kasımova məlumat verib.

Böyük Vətən Müharibəsinin 75-ci ildönümünə Ərdoğanla yanaşı ABŞ Prezidenti Donald Tramp da dəvət edilib.

Türkiyə tərəfindən Ərdoğanın mərasimə qatılıb-qatılmayacağı barədə hələlik rəsmi açıqlama verilməyib.


Müəllif: Teleqraf.com