8 Dekabr 2019 10:00
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın paytaxtı Dehlidə fabrikdə baş verən güclü yanğında azı 35 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, yanğın yerli vaxtla səhər 5:22-də paytaxtın Anac Mandi bölgəsində olub.

Dərhal hadisə yerinə 30 yanğınsöndürən avtomobil, təcili yardım briqadaları və xilasedicilər cəlb edilib. Xilasedicilər 50 nəfərin həyatını qurtara bilib. Tüstüdən zəhərlənənlər və xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.

Ölü və yaralı sayının çoxalması istisna olunmur. Hazırda axtarış işləri aparılır.


Müəllif: Teleqraf.com