8 Dekabr 2019 10:29
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistan parlamentinin aşağı palatası-Məclisi Alinin vilayət, şəhər və rayon məclislərinə növbəti seçkilər 2020-ci ilin mart ayının 1-də, yuxarı palatası- Məclisi Milliyə (Senat) isə martın 27-də keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Tacikistan Prezidenti Emoməli Rəhmon Fərman imzalayıb.

Tacikistan Konstitusiyasına görə, Məclisi Ali 63 deputatdan formalaşır və 25 yaşı tamam olmuş vətəndaşlar aşağı palataya deputat seçilə bilərlər.

Məclisi Millidə isə 33 deputat təmsil olunur ki, bunların da 25-i parlamentin aşağı və yuxarı palatalarının birgə iclasında gizli səsvermə yolu ilə seçilir, 8 deputatı isə Prezident təyin edir. Məclisi Milliyə 35 yaşı tamam olan Tacikistan vətəndaşları seçilir.


Müəllif: Teleqraf.com