8 Dekabr 2019 11:30
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin İttifaq Dövlətinin yaradılması haqqında müqavilənin imzalanmasının 20-ci ildönümü münasibətilə Belarus Prezidenti Aleksandr Lukaşenkoya təbrik teleqramı göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Bu vacib müqaviləni bağlamaq barədə tarixi qərarda əsrlər boyu davam edən qardaşlıq, dostluq, mədəni və mənəvi yaxınlıq ənənələrinə əsaslanan Rusiya-Belarus münasibətlərinin möhkəmləndirilməsində qarşılıqlı istək əks olunub”, - deyə məktubda qeyd olunub.

Rusiya prezidenti iki ölkənin əldə etdiyi inteqrasiya tərəqqisini, təhlükəsizlik və xarici siyasət sahələrində səylərin koordinasiyasını, ticar-iqtisadi və bölgələrarası əlaqələrin inkişafını, eləcə də federal büdcə hesabına innovativ elmi-texniki proqramların və irimiqyaslı humanitar layihələrin həyata keçirilməsini yüksək qiymətləndirib.


Müəllif: Teleqraf.com