8 Dekabr 2019 11:44
1 646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviya Milli Ordusunun komandanı, general Xəlifə Haftar ordusuna məxsus hərbi təyyarə vurulub.

Teleqraf.com xəbər verir ki, Liviya Milli Barışıq Hökuməti təyyarənin pilotunu əsir alıb.

Haftar silahlılarına məxsus Miq-23 tipli təyyarəyə Tripolinin cənubunda Əz-Zaviyə şəhərində atəş açılıb. Pilot paraşütlə yerə endikdən sonra əsir alınıb.


Müəllif: Teleqraf.com