8 Dekabr 2019 12:16
1 613
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ nüvə razılaşması ilə bağlı yaranmış çətin vəziyyətdən çıxış yolu axtaran İran Prezidenti Həsən Ruhaninin Yaponiyaya səfərinə etiraz etmir.

Teleqraf.com xəbər verir ki, bu barədə Kyodo agentliyi diplomatik mənbələrə istinadla məlumat yayıb.

Vaşinqtonun Tokionu Yaponiyanın Baş Naziri Şinzo Abe ilə İran Prezidenti Həsən Ruhani arasında sammitin nəticələrini bölüşməyə çağırdığı bildirilir.

Xatırladaq ki, Ruhaninin Yaponiyaya səfəri dekabrın 20-nə planlaşdırılır. Tehranın nüvə razılaşmasına riayət etməsi və Yaponiyanın Yaxın Şərqə özünümüdafiə qüvvələrini göndərməsi məsələlərinin müzakirəsi nəzərdə tutulub.


Müəllif: Teleqraf.com