8 Dekabr 2019 12:46
1 389
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Müdafiə Naziri Mark Esper ölkəsinin hipersəsli silahların hazırlanmasında Rusiyadan geri qaldığını etiraf edib.

Teleqraf.com xəbər verir ki, nazir Birləşmiş Ştatların külli miqdarda vəsait xərcləsə də Rusiyaya çata bilmədiyini deyib.

"Bir neçə il əvvəl bu texnologiyada lider ikən fasilə verdik, indi isə Rusiyanı təqib edirik. Pentaqon fiziki olaraq istifadə edə biləcəyi hər dolları hipersəsli silah sahəsində rəqabətdə üstünlüyü ələ almaq üçün yatırır", - deyə Esper vurğulayıb.


Müəllif: Teleqraf.com