8 Dekabr 2019 14:35
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Almatı şəhərində şübhəli qutu səbəbindən küçə polislər tərəfindən bağlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli polis idarəsinin məlumatında deyilir.

Məlumatda bildirilir: "Sain küçəsi ilə Tole bi prospektinin kəsişməsində şübhəli bir qutunun tapıldığı barədə siqnal alındı. Bu cür mesajlara cavab verilməsi üzrə həyata keçirilən ilkin tədbirlər çərçivəsində şəhərin təcili və operativ xidmətləri tərəfindən ilk növbədə vətəndaşların təhlükəsizliyi təmin edilib: hadisə yeri mühasirəyə alınıb, patrul polisi nəqliyyat vasitələrini alternativ avtomobil yollarına yönəldib".

Mütəxəssislər tərəfindən baxəş keçirildikdən sonra şübhələr təsdiqlənməyib.


Müəllif: Teleqraf.com