8 Dekabr 2019 15:59
1 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ vətəndaşını azadlığa buraxdığına görə ABŞ Prezidenti Donald Tramp İrana təşəkkür edib.

Teleqraf.com xəbər verir ki, aparılan danışıqların nəticəsində əldə olunan razılaşmaya görə, ABŞ-da həbs olunan iranlı alim Məsud Süleymanı və İranda həbs olunan Suyzan Vanqa azadlığa buraxılıblar.

Tramp Tvitter hesabında İrana təşəkkürünü bildirib: "Barak Obamanın prezidentliyi dövründə İranda həbs edilən Syuzan Vanqa Prezident Donald Trampın dövründə azadlığa çıxdı. Bu hadisə onu göstərir ki, rəsmi Tehran ilə Vaşinqton danışıqlar masası arxasında müzakirələr aparıb razılıq əldə edə bilərlər".


Müəllif: Teleqraf.com