8 Dekabr 2019 16:32
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna danışıqlarda məğlub olsa, bu, Ukrayna ilə birlikdə hamımızın məğlubiyyəti olacaq. Hamını bu danışıqlarda Ukraynanın uğur qazanması üçün dua etməyə çağırıram.

Teleqraf.com xəbər verir ki, bu sözləri Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Parisdə keçiriləcək "Normand dördlüyü"nün görüşü ilə bağlı açıqlamasında deyib.

Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskini dəstəklədiyini deyib: "Onun motivasiyasını başa düşürəm. Bu, övladlarını itirə biləcək Ukrayna analarının, təhlükəsizliyi haqda düşünən hər bir insanın motivasiyasıdır".


Müəllif: Teleqraf.com