8 Dekabr 2019 17:30
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən sutka ərzində xarici ölkələrdən Suriyaya 1024 qaçqın qayıdıb.

Teleqraf.com xəbər verir ki, Livandan "Ceydet-Yabus" və "Tel-Kalah" buraxılış məntəqələrindən 155-i uşaq olmaqla 305 qaçqın öz ölkəsinə qayıdıb. İordaniyadan "Nəsib" buraxılış məntəqəsindən 367 uşaq daxil olmaqla 719 qaçqın keçib.

Ölkə daxilində daimi yaşayış yerlərinə sutka ərzində 1 Suriya vətəndaşı qayıdıb.


Müəllif: Teleqraf.com