8 Dekabr 2019 20:59
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq hakimiyyəti ölkədə keçirilən etiraz aksiyası zamanı saxlanılan 2626 nəfəri sərbəst buraxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İraq Ali Məhkəmə Şurasının mətbuat xidmətindən bildiriblər.

Bəyanatda deyilir: "Etiraz aksiyası işlərinə baxan orqanlar dekabrın 8-i üçün 2626 nümayişçinin sərbəst buraxıldığını elan ediblər".

Bəyanatda qeyd edilir ki, 181 saxlanılan nümayişçi barəsində istintaq davam edir.


Müəllif: Teleqraf.com