9 Dekabr 2019 10:08
1 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın Argentinadakı səfiri Oskar Rikardo Valero Reşiyo oğurluq etdiyinə görə ölkəsinə geri çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfir 10 dollar dəyərində bir kitabı oğurlayarkən təhlükəsizlik kameralarının obyektivinə tuş gəlib.

Nazirliyin məlumatında bildirilib ki, səfirin kitab oğurladığı təsdiq olunsa, vəzifəsindən uzaqlaşdırılacaq.

76 yaşlı səfir bir neçə gün əvvəl Buenos-Ayresdə bir kitab dükanından kitabı götürərək qəzetə bükərək pulunu ödəmədən getmək istəyib. Lakin təhlükəsizlik siqnalının çalınmasından sonra mühafizəçilər onu geri qaytarıb. Səfir buna görə polisə verilib. Lakin diplomatik toxunulmazılığı olduğu üçün Argentinada həbs edilə və ya məhkəməyə çıxarıla bilməz.

Oskar Reşiyonun oğurladığı kitabın müəllifi fransız tarixçi Gi Şossinan-Noqaredir. Əsər macəraçı və eşqbaz Cakomo Kazanovadan bəhs edir.


Müəllif: Mənsur Rəğbətoğlu