9 Dekabr 2019 10:47
1 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılçdaroğlu keçmiş baş nazir Əhməd Davudoğlunun prezident də daxil olmaqla bütün siyasətçilərin mülkiyyətlərinin araşdırılması çağırışına cavab verib.

Teleqraf.com xəbər verir ki, CHP lideri keçmiş baş nazirin bu təşəbbüsünü dəstəklədiyini bildirib.

O, prezident də daxil olmaqla hər kəsin mülkiyyətinin parlament səviyyəsində araşdırılmasına ehtiyacın olduğunu deyib:

“Davudoğlunun çağırışı yerində olan çağırışdır. Hörmətli Ərdoğan buna razılıq versə, o zaman ABŞ Konqresinə mesaj vermiş olacağıq ki, siz yox, özümüz araşdıracağıq”.

Əhməd Davudoğlu keçmiş prezidentlər də daxil olmaqla ölkədəki bütün siyasətçilərin mülkiyyətlərinin araşdırılması barədə parlamentə müraciət edib.


Müəllif: Mənsur Rəğbətoğlu