9 Dekabr 2019 11:32
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Mayk Pompeo dekabrın 10-da Vaşinqtonda Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bundan əvvəl, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obrayen Lavrov və ABŞ Prezidenti Donald Tramp arasında da görüşün olacağını istisna etmədiyini söyləyib.

O, Tramp və rus diplomat arasında görüşün baş tutacağı halda, bir sıra hərbi məsələlərin müzakirə olunacağını deyib.

“Vaşinqton Post” qəzeti ABŞ prezident administrasiyasına istinadən Pompeonun dekabrın 10-da Vaşinqtonda Lavrovla ikitərəfli münasibətlər, silahlara nəzarət, Suriya və Ukraynadakı vəziyyəti müzakirə etmək niyyətində olduğunu yazmışdı.

Rusiya xarici işlər naziri sonuncu dəfə 2017-ci ildə Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Donald Tramp tərəfindən qəbul edilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu