9 Dekabr 2019 11:40
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında qadınlarla bağlı islahatlar davam edir.

Teleqraf.com xəbər verir ki, hökumətin verdiyi yeni qərardan sonra qadınlar restoranlara kişilərlə eyni qapıdan girə biləcək.

Səudiyyə Ərəbistanı Bələdiyyələr Nazirliyinin yaydığı açıqlamada bu məsələ ilə bağlı artıq restoran sahiblərinə xəbərdarlığın edildiyi bildirilib.

Bu günədək ölkədə restoranların iki giriş qapısının olması məcburi idi. Bu giriş qapılarından birindən ailələr və qadınlar, digərindən kişilər istifadə edirdi.


Müəllif: Mənsur Rəğbətoğlu