9 Dekabr 2019 12:10
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Bəndər Lenge şəhərində bir əsgər hüquq-mühafizə orqanlarının əməkdaşlarına odlu silahdan atəş açıb.

Teleqraf.com xəbər verir ki, olay nəticəsində 3 polis həyatını itirib.

Hadisə dekabrın 7-də baş versə də, bu barədə məlumat yeni yayılıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil, hərbçinin adı da mediaya açıqlanmayıb.

Əsgər həbs edilib. Hadisənin səbəbləri araşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu