9 Dekabr 2019 12:27
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Ukrayna prezidentləri – Vladimir Putin və Vladimir Zelenski arasında ilk ikitərəfli görüş bu gün Fransanın paytaxtı Parisdə “Normand dördlüyü” ölkələri liderlərinin danışıqları başa çatdıqdan sonra keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, görüşlə bağlı vaxt məhdudiyyəti yoxdur. Ukrayna və Rusiya liderləri Minsk razılaşmalarının icrasını müzakirə etmək niyyətindədirlər.

Zelenski daha öncə Parisdə Putinlə görüşün konkret nəticələr verəcəyinə ümid etdiyini söyləmişdi.

Kremldən isə bildirmişdilər ki, dövlət başçılarının qarşıdakı görüşünə çox təmkinli nikbinliklə yanaşırlar.


Müəllif: Səxavət