9 Dekabr 2019 12:40
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan keçmiş prezidenti Serj Sarqsyana qarşı 400 milyon dram (833 min 755 dollar - red.) həddində cinayət işinin başlanmasını xahiş edirəm”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 9-da bəyan edib.

“Bir neçə gün əvvəl Serj Sarqsyana qarşı 400 milyon dramlıq korrupsiya üzrə irəli sürülən ittiham bəziləri üçün gülməli olub. Ölkəmizdə elə adamlar var ki, onlar korrupsiyaya qarşı mübarizəni hökumətin və ya baş nazirin konsertə tamaşaçı sifarişi kimi qəbul edir. Bu baxımdan xahiş edirəm ki, Serj Sarqsyana qarşı 400 milyon dramlıq cinayət işi başlayasınız. Məntiqi bir sual meydana çıxır: niyə 4 milyardlıq deyil, 400 milyonluq sifariş vermişəm?Korrupsiya və ona qarşı mübarizə bir-birinin davamı olur”, - deyə Nikol Paşinyan vurğulayıb./report/


Müəllif: Teleqraf.com