9 Dekabr 2019 13:21
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsrail İrana qarşı təzyiqlərə dair qlobal səylərə rəhbərlik edir”.

Teleqraf.com xəbər verir ki, bunu İsrail Baş naziri Binyamin Netanyahu deyib.

Baş nazir ölkəsinin İranın bölgədən sıxışdırılıb çıxarılmasında aktiv fəaliyyət göstərdiyini vurğulayıb: “İrana qarşı sanksiyaların artırılması, təzyiqlər və sərhədimizdə möhkəmlənmə cəhdlərində İrana qarşı fəal hərbi müqavimət göstərmək üçün yorulmadan səy göstəririk. Əslində, biz İrana qarşı qlobal səy göstəririk”.


Müəllif: Mənsur Rəğbətoğlu